Modern.az

İşə yeni başlayan şəxs məzuniyyətə nə vaxt çıxa bilər?

İşə yeni başlayan şəxs məzuniyyətə nə vaxt çıxa bilər?

20 May 2022, 12:32

“İşə götürülən şəxs əmək müqaviləsi bağladığı andan məzuniyyət hüququ əldə edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətov “Sosial saat”da sualları cavablandırarkən deyib.

 

O qeyd edib ki, işçi məzuniyyət hüququndan 6 ay sonra istifadə edə bilər:

 

“Əmək məzuniyyətinin zamanı müəyyənləşdirilibsə, işçi və işəgötürənin qarşılıqlı razılığı və ya işçinin ərizə ilə müraciəti əsasında başqa vaxta saxlanıla bilər. Məzuniyyətlər rəsmi olaraq işəgötürənin əmri ilə müəyyənləşdirilir. İşəgötürən işçilərin çalışma qrafikini ilin əvvəlində müəyyən edir. İşçi işəgötürənə ərizə ilə müraciət etdikdə məzuniyyət verilmirsə, bu, hüquq pozuntusudur. Mütləq şəkildə məzuniyyət verilməlidir. Bu, işəgötürənin borcudur”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi