Modern.az

Nərə balığı kvotası 2 dəfə artırıla bilər

Nərə balığı kvotası 2 dəfə artırıla bilər

20 May 2022, 17:42

"2011-ci ildə Xəzər dənizi üzrə bioloji resurslar komissiyası nərə balıqlarının kommersiyasına qadağa qoyub. Hər il bu qadağa qüvvədə saxlanılır".

 

Modern.az xəbər verir ki, bu barədə Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov "Ekspert saatı"nda məlumat verib.

 

O qeyd edib ki, hazırda Azərbaycanda akvakultura təsərrüfatları tərəfindən 400 tona qədər nərə balığı yetişdirilir:

 

"Bu azdır. Ən yaxşı vaxtlarda Azərbaycanda 5000 ton nərə balığı kvotası var idi. Amma onda əhalinin sayı az idi. İndi Azərbaycan əhalisinin sayını nəzərə alaraq, nərə balığının yetişdirilməsi kvotası təxmini 10 min tona qaldırılmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi