Modern.az

Blinken Putin haqqında mahnı oxumaq istədi, işçiləri icazə vermədi

Blinken Putin haqqında mahnı oxumaq istədi, işçiləri icazə vermədi

22 May 2022, 09:25

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ABŞ-Rusiya münasibətləri ilə bağlı zarafat edib.

 

Modern.az xəbər verir ki, bu, Blinkenin universitetdə çıxışı zamanı baş verib.

 

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, özü ilə gitara götürüb Putin haqqında mahnı oxumaq istəyib, lakin işçiləri qoymayıb.

 

"Mənim işçilərim Putinə Taylor Svitin "We'll Never Be Again" mahnısını oxumaq üçün bura gitara gətirməyimə icazə vermədilər. Dedilər ki, bu, "qeyri-diplomatik" olacaq", - Blinken deyib.

 

Qeyd edək ki, bir gün əvvəl Rusiya hakimiyyəti ABŞ prezidenti və onun oğulunun adını ölkəyə girişi ömürlük qadağan olunmuş şəxslər siyahısına daxil edib. Sanksiya siyahısına, həmçinin bir neçə siyasi xadim və aktyor salınıb.

 

Bundan əlavə, Bayden Rusiyanın Ukraynaya səbəbsiz hücumundan sonra Putinlə görüşdən imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir