Litva Rusiyadan elektrik enerjisini idxal etməkdən imtina edib.
Modern.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyinin qəbul etdiyi qərar bazar günü qüvvəyə minib.
“Nord Pool” elektrik birjası operatorunun qərarına əsasən, Rusiyada istehsal olunan elektrik enerjisinin ticarəti dayandırılıb.
Qeyd edilib ki, Litvanın ehtiyacları Latviya, Polşa, İsveçlə əlaqələr vasitəsilə yerli istehsal və idxal hesabına ödəniləcək.