AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin intihar etməsilə bağlı məlumat yayılıb.
AMEA-nın Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında alimin ölümünü təsdiqləyib.
AMEA rəsmisi bununla belə, alimin intihar etməsilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib: "Bu istiqamətdə araşdırma aparılır. Onun intihar etməsilə bağlı hansısa şübhəli məqam ortaya çıxmayıb".
Qeyd edək ki, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kevkəb Səfərəliyeva küçəsindəki mənzildə dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.