"Qadınların məscidlərə dini ayinlərin icraçısı təyin edilməsi ilə bağlı müzakirələrdə qeyri-düzgün fikirlər ortaya atılır".
Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Komitə rəsmisi qeyd edib ki, qadın dini ayin icraçılarının kişi din xadimlərinə ayin icra etdirəcəyi haqqında iddialar təəssüf doğurur:
"Bu, sırf qadınlarla bağlı dini tələbatın ödənilməsinə yönəlib. Qadınlar üçün fəaliyyət göstərən məscidlərdə və yas məclislərində həmin qadın dini ayin icraçıları iştirak edəcəklər".