Modern.az

16 nəfər meyvə-tərəvəzdən ZƏHƏRLƏNDİ

16 nəfər meyvə-tərəvəzdən ZƏHƏRLƏNDİ

Aktual

24 May 2022, 16:30

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində qida zəhərlənməsi ilə bağlı 16 nəfər müraciət edib. 

 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir: 

 

“Buna səbəb meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi