Modern.az

Brüssel görüşü sülhə yol açır

Brüssel görüşü sülhə yol açır

24 May 2022, 17:50

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 22 də Brüsseldə keçirilən növbəti üçtərəfli görüş Azərbaycanın milli maraqlarına tam uyğundur və ölkəmizin rəhbərinin təqdim etdiyi təklifləri tam əks etdirir.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Onun fikrincə, görüşün nəticələri bir daha göstərdi ki, Avropa İttifaqının dəstəyi və təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmi və forma müəyyənləşdirilib: 

 

"Bu da gələcək sülh danışıqlarına, hər iki ölkə arasında münasibətlərin qurulmasına xidmət edir. Şarl Mişel əvvəlki görüşlərin əhəmiyyətini qeyd etməklə mayın 22-də keçirilən görüşün səmərəli keçdiyini bildirib. O mətbuata bəyanatında göstərib ki, sərhəd məsələləri ilə bağlı bütün məqamlara aydınlıq gətirilib. Şarl Mişelin sözlərinə görə, sərhəd komissiyalarının birinci iclası dövlətlər arası sərhəddə baş tutacaqdır.

 

Görüşdə kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi gündəmdə olub. Hər iki ölkənin rəhbəri kommunikasiya  infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Bu Azərbaycanın verdiyi təkliflərə əsaslanır.

 

"Sülh müqaviləsinə dair müzakirələrin davam etdirilməsi görüşdə bir daha vurğulanıb və razılıq əldə edilib. Bu görüşdə Qarabağın statusu məsələsinə, ATƏT- in Minsk Qrupunun varlığına toxunulmaması göstərdi ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqlarla tam razılaşır və danışıqlarda irəli sürülən məsələlər dövlətimizin mövqeyini tamamilə əks etdirir. Bu, əlbəttə, Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin qələbəsi və diplomatiyamızın uğurudur", - komitə sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi