Modern.az

Bakıda küçəyə Xarıbülbül adı veriləcək - EKSKLÜZİV

Bakıda küçəyə Xarıbülbül adı veriləcək - EKSKLÜZİV

Aktual

25 May 2022, 09:04

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin simvolu olan Xarıbülbül adı paytaxt küçələrindən birinə veriləcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Xarıbülbül adının simvolik olaraq ədəbiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiyaya təklif irəli sürülüb.

 

Təklif Bakı meriyasında müsbət qiymətləndirilib.

 

Hazırda Xarıbülbül adının hansı küçəyə verilməsi ilə bağlı müzakirələr aparılır.

 

Qeyd edək ki, Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək. Qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi