2021-ci il ərzində dövlət büdcəsindən yayımçılara 55.700.000 manat vəsait ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2021-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, ayrılan vəsait aşağıdakı formada bölünüb:
51.700.000 manat - dövlət büdcəsindən maliyyələşən yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu),
4.000.000 manat - özəl (kommersiya) yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji, Radio TMB) ayrılıb.