2021-ci il ərzində televiziya yayımçılarının xərcləri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2021-ci il üzrə hesabatında qeyd olunub.
Məlumata görə, xərclərin ən iri istiqamətləri aşağıdakı kimidir:
Əməkhaqqı fondu - 49.500.000 manat
Yayım xərcləri - 13.300.000 manat
Yerli kontent xərcləri - 6.700.000 manat
Xarici lisenziyalı kontent xərcləri - 4.200.000 manat