Azərbaycanda zob xəstəliyinin ən çox yayıldığı bölgələr açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Baləkən, Lənkəran, Quba və Qusardan olan vətəndaşlar bu xəstəliklə bağlı müraciət edir:
"Xəstəliklərin çoxuna zəhərli zob diaqnozu qoyulur və əməliyyat göstərişi verilir".
Endokrinoloq qeyd edib ki, müraciət edənlər arasında Naxçıvandan gələn pasiyentlərin də sayı üstünlük təşkil edir.
O, şimal zonasından gələn pasiyentlərdə düyünə və zəhərli zoba, Naxçıvandan gələn pasiyentlərdə isə böyük ölçülü düyünlərə rast gəlindiyini vurğulayıb.