Modern.az

Deputat Bərdə xəstəxanasına baş çəkdi - FOTO

Deputat Bərdə xəstəxanasına baş çəkdi - FOTO

Aktual

26 May 2022, 15:46

Deputat Fatma Yıldırım Milli Məclisdə təmsil etdiyi Bərdə rayonuna növbəti səfərini gerçəkləşdirib.

 

Modern.az xəbər verir ki, deputat səfər çərçivəsində rayon Mərkəzi Xəstəxanasını ziyarət edib, tibb ocağının şəraiti ilə yaxından tanış olub. 

 

Xəstəxananın baş həkimi Vüsal Məmmədov yaradılan şəraitlə bağlı ətraflı məlumat verib.

 

Deputat eyni zamanda, həkim kollektivi ilə görüşüb söhbət aparıb. Bərdə rayon Ağsaqqal Şurası üzvləri, eləcə də, bir çox seçicini narahat edən problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Fatma Yıldırım səhiyyə müəssisəsinin inkişafı, əhalinin sağlamlığının qorunması üçün daha da keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə xəstəxanın tibb personalına təkliflərini çatdırıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi