"Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitə iclası keçirildi. Bu, olduqca əhəmiyyətli iclas idi".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı. Onlar deyirdi ki, biz də istəyirik torpaqlarımız işğaldan azad edilsin, bu anı görmək istəyirik".
Komitə sədri əlavə edib ki, növbəti iclas Gürcüstanda keçiriləcək.