“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında müzakirə aparılıb.
Dəyişikliyə əsasən, qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.
Layihə parlamentin iclasında səsə qoyulub və III oxunuşda qəbul edilib.