Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyası (AMEA) barəsində 1 milyon manatlıq məhkəmə iddiası qaldırılıb. AMEA-nı məhkəməyə verən "Campus Of Scientist" MTK-dır. İddiaçı tərəf bildirir ki, AMEA üçün tikinti işləri aparıb, lakin görülən işin müqabilində onlara pul ödənilməyib.
Məsələ ilə bağlı AMEA-nın mövqeyini öyrənməyə çalışdıq.
AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Modern.az-a açıqlamasında faktı təsdiqləyib, lakin əlavə informasiya verə bilməyəcəyini söyləyib.
“Bu haqda hər hansı məlumat verə bilmərik. Çünki məhkəmə predmeti daşıyır. Hələlik açıqlama verməyə icazəmiz yoxdur”, - A.Balayeva vurğulayıb.
Həmçinin oxuyun:
AMEA barədə 1 milyonluq iddia QALDIRILDI