Modern.az

Deputatlar Ələt Azad İqtisadi Zonasını ziyarət edəcəklər

Deputatlar Ələt Azad İqtisadi Zonasını ziyarət edəcəklər

27 May 2022, 12:34

“Gələn həftə deputatların ilk qrupunun Ələt Azad İqtisadi Zonasına ziyarəti gerçəkləşəcək”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt Azad İqtisadi Zonası haqqında qanun”a təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

 

O qeyd edib ki, Ələtdə on minlərlə iş yerinin yaradılması gözlənilir:

 

“Əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Hesab edirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini gerçəkləşdirməliyik ki, cəlbediciliyi artıraq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi