Modern.az

Uzunömürlülərin II yaradıcılıq festifalı keçirilib

Uzunömürlülərin II yaradıcılıq festifalı keçirilib

Aktual

27 May 2022, 19:37

Mayın 27-də Lerik şəhərində Ümummili Liderin Heydər Əliyevin adını daşıyan meydanda Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Uzunömürlülərin II yaradıcılıq festifalı keçirilib.

 

Modern.az xəbər verir ki, bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilən festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Şəhid ailələri, ictimaiyyət nümayəndələri və rayonun uzunömürlü sakinləri iştirak ediblər.

 

Uzunömürlülərin II yaradıcılıq festivalının sərgi hissəsində tədbir iştirakçıları uzunömürlülərin və yaradıcı insanların rəsm əsərlərindən ibarət dekorativ tətbiqi sənət nümunələri, qədim məişət əşyaları, xalçaçılıq sənətinin nümunələri, rəsm əsərləri və lerikli uzunömürlülərin şəkillərindən ibarət stendlə tanış olublar.

Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, deputat İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov meydanın bir hissəsində bardaş quran uzunömürlülərə yaxınlaşaraq çay sürfəsi ətrafında onlarla söhbət ediblər və uzunömürlülərə hədiyyələr təqdim ediblər.

 

Festivalda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək tədbir iştirakçılarını və rayonun uzunömürlülərini salamlayıb, 28 may Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə təbrik edib. Bildirib ki, Lerik rayonunu Azərbaycanın ən səfalı guşələrindən biri adlandırsaq, səhv etmərik. Rayonumuzdan təbiət özünün əsrarəngiz gözəlliklərini əsirgəməmiş, bənzərsizliyi ilə məhşur olmaqla yanaşı, həm də bura gələn hər kəsi məftun edir. Nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik rayonu həm də uzunömürlülər diyarı kimi məhşurdur.

 

Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Təsadüfü deyil ki, Azərbaycanın ən uzunömürlü sakini, Ginnesin rekordlar kitabına daxil edilən Şirəli Müslümov rayonumuzun Barzavu kəndində 168 il yaşamışdır. Bundan başqa rayonumuzun Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl nənə Quliyeva 134 il yaşamışlar. Bu gün  yaşı 100-dən çox olan sakinimiz olmasa da, 80-90 yaşdan yuxarı yüzlərlə sakinimiz vardır. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlər diyarı kimi şöhrət tapmasına səbəb olmuşdur. Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyildir. Prezident cənab İlham Əliyevin 2010-cu il iyunun 25-də rayonumuza səfəri zamanı bu muzeydə olması və açılışını etməsi  onun yaşlı nəslə göstərdiyi qayğı və diqqətin nümunəsidir.

 

C.Baxşiyev bildirib ki, ötən festifaldan sonra ölkəmizin həyatında mühüm dəyişikliklər olub. 2020-ci il sentyabrın 27-də başlayan, Azərbaycan tarixinə  44 günlük Vətən müharibəsi kimi yazılan müharibədə müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəliyi ilə 30 ilə yaxın mənfur düşmənlərimizin işğalı altında olan torpaqlarımız azad olundu, müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edilib.

 

Natiq çıxışının sonunda Azərbaycan xalqının maddi və mənəvi sərvətinin zəngin olduğunu qeyd edib. Belə möhtəşəm tədbirin keçirilməsində zəhməti olan hər bir kəsə minnətdarlığını bildirərək, milli-mənəvi irsimizin qorunub təbliğ edilməsi sahəsində hamıya uğurlar diləyib.

 

Festivalda Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsi Şahin Şahbazov, “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva çıxış edərək festival iştirakçılarını 28 may Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə ürəkdən təbrik ediblər.

 

Bildiriblər ki, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik rayonu həm də uzunömürlülər diyarı kimi məhşurdur. Dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyildir. Rayonumuz nəinki, respublikamızda, həmçinin dünyada uzunömürlülərin yaşadığı ərazi kimi tanınır.

 

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmmədi Cəbiyevin, rayonun özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam etdirilib.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!