Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
Bu barədə Modern.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir:
"Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq. Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər".