Modern.az

Bu qanunlar ilk oxunuşdan keçdi

Bu qanunlar ilk oxunuşdan keçdi

Aktual

31 May 2022, 13:09

Parlamentin bu gün keçirilən iclasında Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, təklif olunan dəyişikliklər haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. 

 

O qeyd edib ki, “Milli arxiv fondu haqqında” qanuna ediləcək dəyişikliklər adıçəkilən qanunvericilik aktlarında da öz əksini tapacaq: 

 

"Mülki Məcəlləyə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər texniki xarakter daşıyır.

 

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik isə substansional xarakter daşıyır. Sənədin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. Maddənin adı “Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması” kimi göstərilir. dispozisiyasında isə milli arxiv fondu sahəsində qanunvericiliyin pozulmasının nədən ibarət olması əks olunur".

 

Qanunlara təklif edilən dəyişikliklər səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi