2023-cü il üçün təqdim olunan əcnəbi işçi qüvvəsi üçün kvota proqnozunun 25%-i Qarabağda fəaliyyət göstərən şirkətlər tərəfindən verilib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin iş icazələrinin verilməsi şöbəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aygün Nağıyeva qurum və işəgötürənlər arasında keçirilən ənənəvi görüşdə məlumat verib.
"İşğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə əlaqədar ötən illə müqayisədə bu il təsdiqlənmiş kvota vahidi 1000 vahid artaraq 8740-a çatdırılıb" - deyə, A. Nağıyeva əlavə edib.