Modern.az

Ordumuz məscidləri Ermənistanın təhqirindən xilas edib

Ordumuz məscidləri Ermənistanın təhqirindən xilas edib

Aktual

1 İyun 2022, 22:30

"Müsəlman dünyasının ən qabaqcıl ölkələrindən biri olan Səudiyyə Ərəbistanı ilə Azərbaycanı əsrlərdir davam edən sıx tellər bağlayır. Ortaq tarix, mədəniyyət və ənənələr xalqlarımız arasında mənəvi körpü rolunu oynayır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə görüşdə deyib.

 

Deputat qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb: 

 

"1992-ci il fevralın 24-də iki ölkə arasında diplomatik əlaqələr yaranıb. Bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Çox şadıq ki, məhz belə bir əlamətdar dövrdə biz yenidən görüşürük. Qeyd edim ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib. İki ölkə arasında münasibətlərin real inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd ibn Əbdül Əziz əl-Səud, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və digər rəsmi şəxslərlə danışıqlar aparıb, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb, həmçinin Birgə Bəyanat qəbul edilib. Bildiyiniz kimi, ulu öndərin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə də əlaqələrimiz daima inkişaf edir və iki ölkə arasında müxtəlif sənəd imzalanıb və bu proses bu gün də məqsədyönlü şəkildə davam edir.

 

Bu gün ölkəmizdə münbit biznes mühiti mövcuddur. Dünyanın bir çox öndə gedən şirkətləri Azərbaycana investisiya qoymuşlar. Çox şadıq ki, dost Səudiyyə Ərəbistanının şirkətləri də bu prosesdə yaxından iştirak edir. Buna nümunə olaraq bu il yanvarın 13-də möhtərəm cənab Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Al Səudin  iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının şirkətləri tərəfindən Azərbaycanda inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsini qeyd edə bilərik.

 

Xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də uğurla inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir".

 

Dostluq qrupunun sədri onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanının Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləməsi, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi xüsusi dost münasibəti kimi dəyərləndirilir:

 

"Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini-mədəni abidələrimizin və məscidlərimizin təhqirinə son qoyub. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəsi altında erməni vandallarının dağıtdığı tarixi-dini abidələrin, məscidlərin bərpası istiqamətində böyük işlər görülür, layihələr həyata keçirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi