"Təəssüf ki, iş yerlərində seksual qısnama halları olur. Amma bununla bağlı rəqəmləri müəyyənləşdirmək real deyil".
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
S.Qəhrəmanova bildirib ki, iş yerlərində bu cür hallarla qarşılaşan qadınlar nə məhkəməyə, nə də Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edirlər.
Sədr müavininin sözlərinə görə, işə qəbul zamanı cinsi diskriminasiya hallarının olması istisna deyil:
“Hətta Dövlət Qulluğuna qəbul, şirkətlərin daxili seçimi kimi proseslərdə də işə qəbul zamanı kişilərin şansı daha çox olur. Bu istiqamətdə qurumlardan hesabat tələb edən zaman onlar bizə hesabat verə bilmirlər. Məlum olur ki, bu istiqamətdə heç bir iş aparılmayıb”.