Modern.az

Həmkarlar İttifaqları Konfederasiyası işəgötürənlərə müraciət etdi

Həmkarlar İttifaqları Konfederasiyası işəgötürənlərə müraciət etdi

6 İyun 2022, 13:54

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) və üzv təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

"Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq tövsiyə edirik ki, yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət dairənizdə olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edəsiniz. Həmçinin günvurma hallarının baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib hesab olunur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular