Modern.az

Azərbaycanın Avropaya ixracı artırmaq üçün potensialı var

Azərbaycanın Avropaya ixracı artırmaq üçün potensialı var

Aktual

7 İyun 2022, 08:45

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə gücləndirib”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, hazırkı mürəkkəb proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Bugünlərdə payraxtımızda  Bakı Enerji Həftəsinin keçirilməsi bütün bunlara sübutdur. Bakı Enerji Həftəsi  çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində  30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. 


Millət vəkilinin sözlərinə görə, sərginin açılış mərasimində  Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir”.
F. Yıldırım qeyd edib ki, qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var: “Cənab Prezident bu barədə də fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır”.


Deputat diqqətə çatdırıb ki, Ukrayna böhranı fonunda Qərblə Rusiya arasında yaranmış gərginlik Avropa dövlətlərini təbii qazla bağlı yeni imkanlar axtarışına zərurət yaradıb. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır: “Təsadüfi deyil ki, xarici qonaqlar  Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Eləcə də,  Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyətini qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını bir daha təsdiqləyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi