Modern.az

\"Formula 1\" üçün ən bahalı bilet neçəyədir?

\

7 İyun 2022, 12:44

Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir.

 

Modern.az xəbər verir ki, ən bahalı biletlər VİP xidmətlər daxil olan "Formula 1" Paddok Klubunda təklif edilir.

 

Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat təşkil edir.

 

Qeyd edək ki, Paddok klubunun oturacaqları F1 komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start/Finiş xəttinə mənzərə açılır. Buradan qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləmək mümkündür.

 

"Formula 1" Azərbaycan Qran Prisinə tribunalarda olan biletlərin qiyməti isə 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. "Formula 1" Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb.

 

Azarkeşlər biletləri //www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər.

 

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi