"Təhsil Nazirliyi istəyir ki, 5 yaşı olan bütün uşaqlar məktəbəhazırlıq keçsinlər".
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda bağçalarda da məktəbəhazırlıq qrupları fəaliyyət göstərir:
"Bununla bərabər bağçalarda məktəbəhazırlıq qrupları bütün uşaqların məktəbəhazırlıq keçməsinə imkan vermir. Bəzi valideynlər bağçaya qəbul yaşının azaldılması ilə bağlı müraciət edirlər. Məktəbəqədər təhsil haqqında qanuna əsasən, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunub, yaş qrupları haqqında da orada qeyd edilib. Qaydalarda həm körpələr evi, həm də uşaq bağçalarına hansı yaşda uşaqların qəbul edildiyi qeyd olunub. Orada bağça yaşının əvvələ alınması ilə bağlı hər hansı məlumat yoxdur”.