Modern.az

Bağçalardan məktəbə birbaşa qəbul mümkün deyil

Bağçalardan məktəbə birbaşa qəbul mümkün deyil

Aktual

7 İyun 2022, 17:00

Bağçalarda fəaliyyət göstərən məktəbəhazırlıq qruplarından birbaşa məktəbə qəbul mümkün olmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.

 

Nazirlik rəsmisi qeyd edib ki, icma əsaslı məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi elektron qaydada aparılmır:

 

"Düşünürəm ki, hazırda buna ehtiyac yoxdur. Çünki belə müəssisələr adətən ucqar bölgələrdə fəaliyyət göstərir. Həmin ərazilərdə isə sıxlıq olmur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi