Bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıq olacaq.
Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimat mərasimində deyib.
Nazir söyləyib ki, hər il ölkədə 150 minə yaxın körpə dünyaya gəlir. 16-17 yaşına çatanların 50 faizi heç bir peşə əldə etmir. Demək ki, 75 minə yaxın şəxsin peşəsi yoxdur:
“Hazırda 60 faizdən çox tələbə dövlət hesabına təhsil alır. 17 minə yaxın şəhid ailəsinin övladının, köçkün tələbələrin təhsil haqqını dövlət ödəyir. Bəzi universitetlərdə 70-75 faiz tələbə məhz subbakalavrdır".