"Novxanı-Sumqayıt-Corat və Bakı bulvarı istiqamətində - Bayıldan Lökbatana qədər 15 kilometrlik kollektor inşa edilib".
Modern.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.
Onun sözlərinə görə, kollektorlar Xəzər dənizinin çirklənməsinin qarşısını almağa xidmət edir:
“Eyni zamanda, Şabran-Siyəzən ərazisində də təmizləyici qurğular inşa edilib. Salyan-Neftçala ərazisində də kollektorların inşasına başlanacaq”.