Modern.az

Urmiya gölü sürətlə quruyur - Bir ildə 36 faiz

Urmiya gölü sürətlə quruyur - Bir ildə 36 faiz

Aktual

12 İyun 2022, 12:43

Son 10 il ərzində ən böyük ətraf mühit probleminə çevrilən Urmiya gölünün quruması sürətlə davam edir.

 

Modern.az xəbər verir ki, İranın rəsmi İRİB informasiya agentliyinin Enerji Nazirliyinin statistikalarına istinadən yaydığı məlumata görə, Urmiya gölünün həcmi son bir il ərzində 36 faiz azalıb.

 

İyunun 8-də gölün su səviyyəsinin 1270.74 sm olduğu bildirilib ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 sm azdır. Gölün su sahəsi də ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr azalıb, 2273 kvadrat kilometrə çatıb.

 

Qeyd olunub ki, İranın ən böyük gölünün həcmi bir il ərzində 1,8 milyard kubmetr azalaraq 3,02 milyard kubmetrə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər