Modern.az

11 il sonra dünyaya gələn uşağı maşın vurdu - HADİSƏ ANI

11 il sonra dünyaya gələn uşağı maşın vurdu - HADİSƏ ANI

Aktual

13 İyun 2022, 17:28

Lənkəranda yüksək sürət 5 yaşlı uşağın həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, hadisə iyunun 11-i saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndində baş verib.

 

Məlumata görə, Lənkəran sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən azyaşlı Sənan Hüseynovu vurub. Hadisə zamanı ağır xəsarət alan uşaq xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib. 

 

Sənan Hüseynovun ailənin tək övladı olduğu, 11 il sonra dünyaya gəldiyi deyilir.

 

Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi