Modern.az

Bu sahələrin inkişafı ölkə üçün çox əhəmiyyətlidir

Bu sahələrin inkişafı ölkə üçün çox əhəmiyyətlidir

Aktual

17 İyun 2022, 11:27

"15 iyun tarixində Şuşada YAP və qardaş Türkiyənin iqtidar partiyası Ədalət və İnkişaf Partiyasının birgə təşkil etdikləri Şuşa bəyannaməsinin ildönümünə həsr olunmuş konfrans Azərbaycan - Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin əyani ifadəsi idi". 

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

O qeyd edib ki, konfransda səsləndirilən fikirlər, irəli sürülən təkliflər bəşəri dəyərlərə - regionda sülhün, əmin-amanlığın, təhlükəsizliyin inkişaf etdirilməsinə, iqtisadi - sosial, mədəni əlaqələrin möhkəmləndirilməsinə, türk dünyası ölkələri arasında humanitar - mədəni məsələlərin həll edilməsinə yönəldilib: 


"İşğaldan azad olunmuş ərazilər turizmin, kənd təsərrüfatının, mədən sənayesinin inkişaf sahəsində yaxşı potensiala malikdir. Bu sahələrin inkişaf etdirilməsi əlbəttə ki, ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir və Cənubi Qafqazda təhlükəsizliyin, ictimai - siyasi sabitliyin yaradılmasına, münasibətlərin normallaşdırılmasına dəstəkdir. Azərbaycan və Türkiyə şərq - qərb Qədim İpək Yolunun bir halqası olduğu üçün dünya ölkələrinin iqtisadi inkişafında əhəmiyyətli rola malikdir və sülhə, əmin-amanlığa yeni töhfələr verə bilər. Bu konfransın başlıca əhəmiyyətindən biri Şuşa bəyannaməsinə tarixi qiymət verilməsi və bu sənədin təkcə iki dövlətdən deyil, Böyük Türk birliyinin qurulmasında mühüm rola malik olduğunun qiymətləndirilməsidir. Konfrans bir daha göstərdi ki, Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır, əbədi və daimidir".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi