Modern.az

İstilik enerjisinin verilməsi bu hallarda dayandırılacaq

İstilik enerjisinin verilməsi bu hallarda dayandırılacaq

Aktual

17 İyun 2022, 11:48

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif edilib.

 

Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılır:

 

- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;


- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;


- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;


- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;


- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;


- Məhkəmənin qərarı ilə;


- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

 

Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi