Modern.az

Deputat veteranpulunun artırılmasını TƏKLİF ETDİ

Deputat veteranpulunun artırılmasını TƏKLİF ETDİ

Aktual

17 İyun 2022, 12:20

"Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var". 

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli məlumat verib. 

 

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına onların problemləri həll edilə bilər: 

 

"Müharibə iştirakçılarına diqqət artırılmalıdır. Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənar qalmalıdırlar. Müharibə iştirakçılarına verilən 80 manat veteranpulu azdır, artırmaq lazımdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi