Nazirlərin Milli Məclisdə hesabat verməsi təklif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı deputat Etibar Əliyev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında danışıb.
"Yaxşı olar ki, hər bir sahənin naziri gəlib öz büdcəsi haqqında Milli Məclisdə hesabat versin. Ənənəvi büdcə hesabatlılığından kənara çıxmalıyıq",- E.Əliyev bildirib.