Modern.az

Hesablama Palatasında maaş artırılır - Sədr 3150 manat alacaq

Hesablama Palatasında maaş artırılır - Sədr 3150 manat alacaq

Aktual

20 İyun 2022, 11:34

Hesablama Palatası üzvlərinin aylıq vəzifə maaşlarına edilən əlavələr artırılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Hesablama Palatası haqqında" qanuna dəyişiklik təklif edilir. 

 

Dəyişikliyə əsasən, Qanun 34.1-ci maddəsində qeyd edilir ki, Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır.

 

Eyni qanuna qeyd edilən 34.2-ci maddəyə əsasən, Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır. 

 

Qanunun 34.3-cü maddəsinə uyğun olaraq,  Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.

 

Bundan əlavə, palata üzvlərinin aylıq vəzifə maaşına hər ay vəzifə maaşlarının iki misli qədər əlavələr müəyyən edilir.

 

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi