Yenidən baxılan dövlət büdcəsinin layihəsi büdcə qaydasına əməl edilməklə hazırlanıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin artmasının əsas mənbəyini hüquqi şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi, gömrük daxilolmaları təşkil edib:
"Büdcə hesablamalarında neftin və qazın qiymətinin yüksək götürülməsi fonunda Dövlət Neft Fondu tərəfindən daxil edilən vəsaitdə neft gəlirlərinin artırılması qeydə alınıb".
V. Gülməmmədov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə ayrılan vəsait hesabına 5 avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulub.