Modern.az

Azərbaycan büdcəsi qonşulardan ikiqat çoxdur - Zahid Oruc

Azərbaycan büdcəsi qonşulardan ikiqat çoxdur - Zahid Oruc

22 İyun 2022, 12:32

"Gürcüstanın dövlət büdcəsi 6.4 milyard dollar, Ermənistanın büdcəsi isə 4.4 milyard dollardır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi ikiqat çox olmaqla regionda liderliyi saxlayır: "Son bir əsrdə ilk dəfədir ki, qlobal savaşlar sırasında ayaq altında qalmırıq. Yalnış siyasətin nəticəsinə düçar olmuruq. Bu, prezidentimizin siyasətinin nəticəsidir. Büdcədə dəyişikliklər ərzaq xərclərinin artması, qıtlıq və ərzaq böhranına yol verilməməsinə xidmət edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi