Modern.az

Qazi və müharibə iştirakçılarına sertifikatlar verildi

Qazi və müharibə iştirakçılarına sertifikatlar verildi

Aktual

23 İyun 2022, 11:28

44 günlük Vətən Müharibəsi zamanı ordumuzun şanlı qələbəsindən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verib. 

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurslara cəlb olunublar. 

 

Bildirilib ki, 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirrlərini öyrəniblər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. 

 

Bu gün kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. 

 

Tədbirdə çıxış edən “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev şirkət rəhbərlərini qazi və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həllinə çalışmaları üçün çağırış edib.

 

T.Gəncəliyev, həmçinin bildirib ki, qazi və müharibə iştirakşılarının işlə təminatı məsələsi ilə yanaşı, onların fərdi inkişafına yardım göstərmək hər kəsin borcudur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi