Modern.az

Din siyasiləşəndə təhlükəli hal alır

Din siyasiləşəndə təhlükəli hal alır

Aktual

23 İyun 2022, 12:33

"Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir. Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilatlar kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar".

 

Modern.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında bildirib.

 

S.Heydərov deyib ki, hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər:

 

"Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar. Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda bir sıra beynəlxalq təşkilatlar xristian və islam dinini siyasiləşdirməyə çalışırlar. Təbii ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir".

 

"Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycana qarşı dinə yönəlik təhdidlər bir an belə səngimir. Azərbaycandakı dini icmalara səslənərək çağırış edirəm ki, ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır", - deyə Komitə rəsmisi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi