Modern.az

Hacıqabulda dövlət qulluqçuların peşə bayramı qeyd olunub - FOTO

Hacıqabulda dövlət qulluqçuların peşə bayramı qeyd olunub - FOTO

Aktual

23 İyun 2022, 12:43

İyunun 23-də Hacıqabul rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov açdı və məruzə ilə çıxış etdi:

 

1995-ci ildə ümumxalq referendumu yolu ilə Heydər Əliyev zəkasının məhsulu olan ”İnsan Haqları manifesti” adlanan Azərbaycan konstitusiyası qəbul edildi və müasir dünya tələblərinə cavab verən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsası qoyulub. 

 

Azərbaycan konstitusiyası müasir dünyada qəbul edilmiş qaydalara uyğun olaraq hakimiyyətin üç qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə Azərbaycanda Dövlət İdarəçiliyinin və Dövlət Qulluğu sisteminin yaradılmasına start verildi.

 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli fərmanı ilə Respublikanın idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Bu komissiya öz fəaliyyətində Dövlət Qulluğunun əsas istiqamətlərini yeni konstitusiyaya əsaslanaraq mühüm aktlardan biri olan Dövlət Qulluğu Konsepsiyasını müəyyənləşdirdi. Bunun nəticəsi olaraq 21 iyul 2000-ci il tarixdə ”Dövlət Qulluğu haqqında” Qanun imzalanmışdır. 

 

Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, sıravi vətəndaşların rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin əhəmiyyətli bir təbəqəsini təşkil edən Dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bütün məsələləri tənzimləyir. ”Dövlət Qulluğu haqqında” Qanun Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlamışdır.

 

Heydər Əliyev idarəçilik sisteminin kökündə açıq siyasətin həyata keçirilməsi, bu siyasətin xalqa xidmət etməsi dururdu.

 

Son illərdə Respublikamızın həyatında əhəmiyyətli hadisələrdən biridə xalqımızın taleyüklü problemi olan və uzun illər müşkülə çevrilmiş Qarabağ probleminin həll edilməsinə nail olunması oldu. Nəyi necə və nə zaman etməyi dəqiq bilən Müzəffər Ali Baş Komandanımızın parlaq zəkası və cəsur ordumuzun qəhrəmanlığı sayəsində düşmənin bir neçə il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 günə düşmən tapdağından azad edildi.

 

Qarabağ savaşında əldə olunan nailiyyətlər Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hərbi siyasətinin bariz təzahürüdür.

 

İşğaldan azad olan torpaqlarımız Azərbaycan Respublikasının suveren ərazi bütövlüyünə daxil edildi və həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanmağa başladı. Hazırda Azərbaycanın dövlət yuridistikasına daxil olmuş həmin ərazilərdə yeni sosial layihələr, dövlət infrastrukturlarının bərpası, məcburi köçkün düşmüş əhalinin doğma yurd yuvalarına qayıdaraq azad həyatın canlandırılması istiqamətində proseslər davam edir.

 

Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “ Şuşa ili” elan edilməsi azad edilmiş ərazilərdə, füsunkar Şuşamızda müxtəlif tədbirlərin və festifalların keçirilməsi, Suqovuşanda Beynəlxalq avarçəkmə yarışların təşkil olunması bu doğma diyarın dövlətimiz və xalqımız tərəfindən qısa zaman ərzində əhəmiyyətli turizm məkanına çevrilə biləcəyindən xəbər verir.

 

İllərin təcrübəsi bir daha göstərdi ki, ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev ideyalarına sadiqdir. Azərbaycan Prezidenti öz çıxışlarında, müraciətlərində dəfələrlə qeyd etmişdir ki, mən xalqın xidmətindəyəm, xalqın iradəsini həyata keçirirəm, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri də xalqın xidmətində durmalıdırlar. ”Onlar gərək ürəklə işləsinlər, öz vəzifə borclarını şərəflə və ləyaqətlə yerinə yetirsinlər, ən əsası isə insanlara diqqətlə yanaşsınlar.

 

Ölkə başçısı cənab İlham Əliyev siyasətinin gücü də şəffaf aparılmasında və xalqla mütəmadi təmasda olmasındadır. Həyata keçirilən siyasət xalqa aydındır, hər bir  vətəndaş ona,  ailəsinə xidmət etdiyinə əmindir və bu siyasətin həyata keçirilməsində iştirak edir.

 

Sonda “Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə bir qrup dövlət qulluqçusu rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” və qiymətli hədiyyələrlə təltif olundu.

 

Tədbiri İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov yekun nitqi ilə sonlandırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi