Modern.az

Əli Əhmədov BQXK rəsmilərilə görüşüb

Əli Əhmədov BQXK rəsmilərilə görüşüb

Aktual

23 İyun 2022, 14:30

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

 

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi