Modern.az

Ukraynada 11 partiyanın fəaliyyəti qadağan edilib

Ukraynada 11 partiyanın fəaliyyəti qadağan edilib

23 İyun 2022, 15:30

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Tərəqqi Sosialist” partiyasının fəaliyyətini qadağan edib.

 

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

 

Bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 10 siyasi partiyanın fəaliyyətini qadağan edib.

 

Qeyd edək ki, məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf” və “Müxalifət platforması - Həyat uğrunda” partiyalarının fəaliyyəti qadağan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI