Modern.az

İcra başçısı seldən ziyan görmüş kəndlərə gedib

İcra başçısı seldən ziyan görmüş kəndlərə gedib

23 İyun 2022, 15:26

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, ASC-nin şöbə müdiri Elçin Məmmədov, FHN- nin və  "Azərsu" ASC- nin məsul əməkdaşları, rayonun digər rəhbər  şəxsləri, aidiyyəti xidmət sahələrinin  rəhbərləri və RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə rayonun  güclü leysan yağışları nəticəsində yaranmış seldən fərdi yaşayış evlərinə, təsərrüfatlarına və sosial obyektlərinə ziyan dəymiş Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində olublar.

 

Modern.az xəbər verir ki, seldən zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirildi, vətəndaşların problemləri ilə maraqlanıldı, fəsadların aradan qaldırılması ilə bağlı dünən gecə saatlarından başlanılan işlərinin operativ yekunlaşdıılması məqsədi ilə müzakirələr aparıldı, aidiyyəti üzrə məsul şəxslərə tapşırıq və tövsiyyələr verildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi