Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev ittifaqın katibliyinin tərkibini təsdiq edib.
AKİ-dən Modern.az-a bildirilib ki, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib: Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.