Modern.az

Qadın özünü yandırıb öldürdü, əri həbs olundu

Qadın özünü yandırıb öldürdü, əri həbs olundu

23 İyun 2022, 16:10

Sabirabad rayon Məhkəməsində həyat yoldaşını intihar həddinə çatdırmaqda təqsirləndirilən rayon sakini Muğamat İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə M. İbadov 3 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, Sabirabad rayon sakini Sevinc İbadova evində özünü yandıraraq öldürüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə təqsirli bilinən S. İbadovanın həyat yoldaşı M. İbadov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

İstintaq araşdırmaları zamanı M. İbadovanın həyat yoldaşı tərəfindən intihar həddinə çatdırdığı müəyyən edilib.

 

M. İbadov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 133 ( əzab vermə) və 125 (intihar həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI