Modern.az

Çavuşoğlu İsraillə bağlı müsbət mesajlar verdi

Çavuşoğlu İsraillə bağlı müsbət mesajlar verdi

23 İyun 2022, 20:20

Qısa müddətdə yüksək səviyyəli qarşılıqlı səfərləri davam etdirəcəyik. Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi və regional məsləhətləşmələr vacibdir. 

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada israilli həmkarı Yair Lapid ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Çavuşoğlu bildirib ki, sabitliyin qorunması və təhdidlərə qarşı Türkiyə ilə İsrail arasında bütün səviyyələrdə, eləcə də təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq davam edir.

 

"Bundan əlavə, diplomatik təmsilçilik səviyyəmizi səfirlər səviyyəsinə çatdırmaq üçün işlərə başlamışıq", - deyə XİN başçısı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI