Modern.az

"Avroviziya 2023" Ukraynada keçirilməyəcək - QƏRAR 

Aktual

23 İyun 2022, 20:38

Avropa Yayım Birliyi "Avroviziya 2023" musiqi yarışmasının Ukraynada keçirilməməsi barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

 

“Avropa Yayım Birliyi təşkilatçıların Ukraynanın yarışa ev sahibliyi etməkdən imtina etmək qərarı ilə bağlı ictimaiyyətin məyusluğunu tam başa düşür”, - deyə məlumatda qeyd olunub.

 

Təşkilat tədbirdə işləyən və iştirak edən hər kəsin təhlükəsizliyini və mühafizəsini təmin etmək məsuliyyətini rəhbər tutaraq yarışın Ukraynada yox, başqa ölkədə keçirilməsinə dair qərar qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi