Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Moskva şəhərinə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.